Bakıda 3 uşaq boğulub

Bakıda Binəqədi rayonunda üç uşaq göldə boğulub. SİA-nın məlumatına görə, Xocasən gölündə batanlar Yasamal rayon sakinləri, 2001-ci il təvəllüdlü İbrahim Sadıqov, 2002-ci il təvəllüdlü Rauf Əbilov və 2001-ci il təvəllüdlü Həsən Bədəlovdur. Hər 3 uşağın meyiti FHN-in xilasediciləri tərəfindən tapılaraq ailələrinə təhvil verilib.

Qeyd edək ki, 10-12 yaşlarında üç uşaq göldə çimərkən batıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə