Salyanda bir nəfər batıb

Salyanda bir nəfər batıb. Bu barədə SİA məlumat verib.

Məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Salyan rayonu, Seyid Sadıqlı kəndi ərazisində Akkuşa çayında (ən yaxın xilasetmə məntəqəsindən 30 km aralıda) 1989-cu il təvəllüdlü İran İslam respublikasının vətəndaşı Yaşar Ənhari çimərkən batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Y.Ənharinin cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 20:46-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə