Ölümlə nəticələnən yol qəzası baş verib

Ölümlə nəticələnən yol qəzası baş verib

Göygöl rayonunda ölümlə nəticələnən yol qəzası hadisəsi baş verib. Rayon Polis Şöbəsindən SİA-nın Qərb bürosuna verilən məlumata görə, 1964-cü il təvəllüdlü Raqif Məmmədov idarə etdiyi "Hunday" markalı avtomobilini aşırıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin hadisə yerində dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə