Ayı iki nəfəri parçalayıb ŞAMAXIDA - FOTOLAR

Ayı iki nəfəri parçalayıb ŞAMAXIDA - FOTOLAR

Şamaxı rayonunda dəhşətli hadisə baş verib. Qaladərəsi kəndində keçirilən toy məclisinə gözlənilməz qonaq təşrif buyurub. SİA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, toya "gələn" ayı qarşısına keçənlərə hücum edib, iki nəfəri parçalayıb.

Şamaxı Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, hadisə iyunun 23-də axşam saatlarında rayonun Qaladərəsi və Çeşmədil kəndlərində baş verib. Yaxınlıqdakı meşədən çıxan ayı Qaladərəsi kəndində toy məclisi keçirilən həyətə hücum çəkib. Burda adamlar müdafiə olunmağa çalışsalar da, ayını tuta bilməyiblər.

Ayı kənd sakini, 1995-ci il təvəllüdlü Nuriyeva Fəridə Rəşid qızına hücum edib. F.Nuriyeva bədəninin müxtəlif nahiyələrindən dişlək və cırmaq yaraları ilə xəstəxanaya yerləşdirilib.

Qaladərəsi kəndindən qonşu Çeşmədil kəndinə hücum çəkən ayı bu kənddə 1964-cü il təvəllüdlü Allahverdiyev Sahib Yengivar oğlunu parçalayıb. O, ölümcül xəsarətlərlə rayon xəstəxanasına yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə