Liftdə 3 nəfər köməksiz vəziyyətdə qalıb. Bu barədə SİA məlumat verib.
Məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda səkkizmərtəbəli yaşayış binasının liftində 3 nəfər köməksiz vəziyyətdə qalıb.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB