Astarada baş verən ağır yol-qəzasında 2 nəfər ölüb

Astarada baş verən ağır yol-qəzasında 2 nəfər ölüb

Ölümlə nəticələnən ağır yol-qəza hadisəsi Ələt-Astara magistralının 226-cı km-də, Astara rayonunun Maşxan kəndindən keçən hissəsində baş verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, İran islam Respublikasının vətəndaşı, 32 yaşlı Bağeri Behzad Cəlil oğlunun idarə etdiyi İVECO markalı avtomaşınla Astara rayonunun Şiyəkəran kənd sakini, 62 yaşlı Həsənov Nəsir Murad oğlunun idarə etdiyi VAZ 21011 markalı avtomaşın toqquşub.

Hadisə nəticəsində "Vaz 21011"-in sürücüsü Nəsir Həsənov və avtomaşında olan qızı, 32 yaşlı Natəvan Əliyeva aldıqları xəsarətlərdən hadisə yerindəcə keçiniblər. Avtomobildə olan Natəvan Əliyevanın övladları Rəşad və Əli ağır bədən xəsarətləri ilə Astara rayon mərkəzi xəstəxanasına yerləşdirilsələr də vəziyyətləri ağır olduğundan onlar Lənkəran regional müalicə diaqnostika mərkəzinə göndəriliblər.

Astara rayon polis şöbəsinin müstəntiqi Gündüz Abdulov qəzaya yağışlı hava şəraitində avtomaşınların yüksək sürətlə hərəkət etməsinin səbəb olduğunu bildirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə