Qaz balonunun partlaması nəticəsində bir nəfər xəsarət alıb

Qaz balonunun partlaması nəticəsində bir nəfər xəsarət alıb

Gəncədə qaz balonu partlayıb, bir nəfər xəsarət alıb.

Gəncədə maye qaz balonunun partlaması nəticəsində bir nəfər yanıq xəsarətləri alıb.

Məlumata görə, şəhərin Sevinc qəsəbə sakini Sədail Sadıqov yaşadığı evdə maye qaz balonunu yandırmaq istəyərkən partlayış baş verib.

Hadisə zamanı S.Sadıqov ağır yanıq xəsarətləri alması səbəbilə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun səhhətinin orta-ağır olduğunu bildirir.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə