Yanğın hadisələrinin qarşısı alınıb. Bu barədə SİA məlumat verib.
Məlumatda deyilir ki, Cəlilabad rayonu, Alar kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus "CK-5" markalı kombayının 2 ədəd arxa təkəri yanıb. Kombayının qalan hissəsi yanğından mühafizə olub. Yanğın saat 15:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Füzuli rayonu, ikinci Mahmudlu kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus gücü 63 kVt olan transformatorun qoruyucu açarı, çıxış kabeli 2 p.m və transformatorun ətrafında 15 kv.m sahədə quru ot yanıb. Transformator yanğından mühafizə olunub. Yanğın saat 16:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Saatlı rayonu, Xanlarkənd kəndində (rayon mərkəzindən 45 km aralı) vətəndaşa məxsus Həyatyanı sahəyə yığılmış 5 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olub. Yanğın saat 16:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Xızı rayonu, Yaşma kəndində (rayon mərkəzindən 60 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 5 ha sahədə quru ot və kol-kos yanıb. Digər sahələr yanğından mühafizə olunub. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qobustan rayonu, Nərimankənd kəndində (rayon mərkəzindən 8 km aralı) kənd əhalisinə məxsus ərazidə 0,5 ha biçilməmiş, 1 ha biçilmiş taxıl sahələri və 0,5 ha otlaq sahə yanıb. Ərazidəki digər taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 17:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Füzuli rayonu, Qaraxanbəyli kəndində kənd ərazisində 30 ha otlaq sahə yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 17:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Salyan rayonu, Arbatan kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus Həyatyanı sahəyə yığılmış 5 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olub. Yanğın saat 17:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakı şəhəri, Qaradağ rayonunda dağlıq ərazidə 5 ha sahədə quru ot yanmışdır. Neft buruqları yanğından mühafizə olunub. Yanğın saat 20:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB