“Sədərək” ticarət mərkəzi alovlara qərq oldu YANĞIN

“Sədərək” ticarət mərkəzi alovlara qərq oldu YANĞIN

"Sədərək" ticarət mərkəzində yanğın baş verib. SİA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Qurumdan bildirilib ki, gecə 00:00 radələrində Qaradağ rayonunda yerləşən Sədərək Ticarət Mərkəzinin anbarlar sahəsində yanğın çıxıb.

Yanğının miqyası böyük olduğu üçün onun qarşısını almaq çətin olub. Hadisə yerinə çağırılan FHN-nin yanğınsöndürənləri yalnız 6 saatdan sonra yanğını söndürə biliblər.

Ümumi sahəsi 5440 kv.m olan anbarın yanar konstruksiyaları və içərisindəki məişət əşyaları 1400 kv.m sahədə yanıb.

Hələlik yanğının hansı səbəbdən çıxdığı bilinmir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə