Yanğınların qarşısı alınıb

Yanğınların qarşısı alınıb

Baş vermiş yanğınların qarşısı alınıb. Bu barədə SİA məlumat verib.

Məlumatda deyilir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə və bitişik tikilmiş ümumi sahəsi 70 kv. m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 kv m (ümumi 80 kv.m) sahədə yanıb.

Hər iki evin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın saat 17:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Eyni zamanda, Cəlilabad rayonu, Alar kəndində (rayon mərkəzindən 14km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.

Yanğın saat 18:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə