Sabirabad rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Sabirabad rayon polis şöbəsindən (SRPŞ) SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hadisə rayounun Şəhriyar kəndi ərazisindən keçən maistral yolda qeydə alınıb.
Beləki rayonun Qaratoğay kənd sakini, 38 yaşlı Qalib Bibiqulu oğlu Mürsəlovovun idarə etdiyi "Qaz-3110" markalı minik maşını anidən idarəetməni itirərək yolun kənarına aşıb.
Nəticədə sürücü də daxil olmaqla minik maşınında olan 3 nəfər sərnişin-Arzu Soltan qızı Mürsəlova, Rəfiqə Almaz qızı Mürsəlova və Xəyyam Qaliboğlu Mürsəlov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Şirvan şəhər mərkəzi xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, reanimasiya şöbəsində yerləşdirən sürücü Qalib Mürsəlovun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB