Yanacaqdoldurma məntəqəsi partladı

Yanacaqdoldurma məntəqəsi partladı

Saatlı rayonunda maye-qaz məntəqəsində dəhşətli partlayış baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, partlayış nəticəsində ərazinin yaxınlığında olan 1961-ci il təvəllüdlü Məmmədov Lütfiyar Aslan oğluna məxsus 2 mərtəbəli həyət evi tamamilə dağılıb və yanğın baş verib. Xoşbəxtlikdən evdə yaşayan sakinlərdən xəsarət alan olmayıb.

Yanacaqdoldurma məntəqəsinin işçilərindən biri- Əliyev Vasif Qismət oğlu xəsarət alaraq Saatlı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

FNH-n əməkdaşlarının verdiyi məlumata görə, Həsənov Oruc Yuzbaşı oğluna məxsus yanacaqdoldurma məntəqəsində texniki qaydalara riayət olunmadığı üçün 25 kub-luq çəndə partlayış olub.

Qeyd edək ki, faktla bağlı Saatlı rayon prokurorluğunda və FHN-də araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə