Xaçmaz şəhər sakini 42 yaşlı İbad Babayev 33 yaşlı Xanlar Ağayev tərəfindən ov tüfəngi ilə qarın nahiyəsindən güllə yarası alıb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Tikanoba kəndində gecə saat 01:30 radələrində baş verib. Hadisə nəticəsində təxminən 2 litrə yaxın qan itirən yaralı, dərhal Xaçmaz rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb.
Cərrah Q. Rəhimovun verdiyi məlumata görə, 1971- ci il təvəllüdlü Babayev İbad Beydulla oğlu Xaçmaz rayon mərkəzi xəstəxanasına qarın və sağ çanaq nahiyəsindən deşilmiş güllə yarası ilə daxil olub. Əməliyyat olunan xəstənin hazırda vəziyyəti ağırdır.
Hadisəni törədən Xanlar Ağayev dərhal yerli polis tərəfindən saxlanılıb. Xaçmaz rayon prokurorluğundan aldığımız məlumata görə, hadisəyə səbəb Xanlar Ağayevin həyat yoldaşı Günayla mübahisə etməsi olub. Bu zaman Günayın qardaşı Araz Hacıyev və onun dostu İbad Babayev Xanlara təsir etmək üçün Tikanoba kəndinə gəliblər. Qaynının və dostunun onun ailə işinə qarışması Xanlar Ağayevin xoşuna gəlməyib, o, evindəki ov tüfəngi ilə İbad Babayeva atəş açıb.
Qeyd edək ki, fakt üzrə rayon prokurorluğunda istintaq aparılır.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB