Baş vermiş yanğınların qarşısı alınıb. Bu barədə SİA məlumat verib.
Məlumatda deyilir ki, Xızı rayonu, Sitalçay kəndində (rayon mərkəzindən 50 km aralı) vətəndaşa məxsus 3 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.
Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İmişli rayonu, Qaradonlu kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Bitişik tikilmiş ümumi sahəsi 90 kv. m olan çardaq yanğından mühafizə olunub.
Yanğın saat 20:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB