Bu yanğın hər kəsi təşvişə salıb

Bu yanğın hər kəsi təşvişə salıb

Avtomobil hərəkətdə olan zaman yanğın baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Bərdə rayonun Qaradəmirçi kəndində baş verib.

Sürücünün sözlərinə görə, yanğın məlum olmayan səbəbdən avtomobilin mühərrikində meydana gəlib. Qəfildən yaşanan hadisə maşında olan hər kəsi təşvişə salıb. Yanğın zamanı maşının mühərriki yanıb. Alova ilk müdaxilə sakinlər tərəfindən göstərilsə də, hadisə yerinə FHN yanğından mühafizə xidmətinin əməkdaşları gəlib. Yanğınsöndürənlərin köməkliyi ilə avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Alov tamamilə söndürülüb.

Qeyd edək ki, hadisə zamanı avtomobilə ciddi ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə