Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib

Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib

Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib. Bu barədə SİA məlumat verib.

Məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda, dənizdə ("Buzovna" sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər batmaq təhlükəsi ilə üzləşmiş və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Əməliyyat saat 20:58-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə