Kürdəmirdə 6 otaqlı ev kül oldu

Kürdəmirdə 6 otaqlı ev kül oldu

Kürdəmir rayonu, Mollakənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 6 otaqlı taxta konstruksiyadan ibarət evin yanar konstruksiyaları və əşyaları yanıb. SİA-nın fövqəladə hallar nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 06:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə