Vətəndaş evində ölmüş vəziyyətdə aşkarlanıb

Vətəndaş evində ölmüş vəziyyətdə aşkarlanıb

Vətəndaş evində ölmüş vəziyyətdə aşkarlanıb. Bu barədə SİA məlumat verib.

Məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1969-cu il təvəllüdlü İbrahimova Güldanə İbrahim qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olmuş və giriş qapısını açıblar. Mənzilə baxış keçirilərkən G. İbrahimova hamam otağında hərəkətsiz vəziyyətdə aşkarlanıb və onun vəfat etdiyi müəyyən olunub.

Cəsəd aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə