Respublikanın müxtəlif yerlərində yanğın hadisələri baş verib. Bu barədə SİA məlumat verib.
Məlumatda deyilir ki, Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan hamamın tavanının yanar konstruksiyaları 10 kv.m sahədə yanıb. Hamamın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bununla yanaşı, Şəki rayonu, Aşağı Göynük kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 400 kiloqram ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Həmçinin, Bərdə rayonu, Gərənə kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə yığılmış 5 ton ot bağlamasının 1 tonu yanıb. Otun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Eyni zamanda, Goranboy rayonu, Veyisli kəndində vətəndaşa məxsus ümumi sahəsi 9 kv.m olan toyuq hininin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 16:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Sabirabad rayonu, Xəlfəli kəndində də vətəndaşa məxsus pay torpaqda yığılmış 6 ton ot bağlaması yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.
Yanğın saat 17:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB