Kəndlilərin mübahisəsi sonda qan tökdü

Kəndlilərin mübahisəsi sonda qan tökdü

Bərdə rayon Nazırlı kənd sakini Razi Süleymanovla həmkəndlisi Sahib Orucov arasında mübahisə düşüb. SİA-nın Qarabağ bürosunun məlumatına görə, mübahisə zamanı S.Orucov Razinin kürək nahiyəsindən 2 bıçaq zərbəsi vurub. Bu zaman Razinin atası Sahibin ürək nahiyəsindən bıçaqlayıb və o xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Razi Süleymanov isə aldığı bıçaq xəsarətlərindən xəstəxanaya daxil olub.

Qeyd edək ki, faktla bağlı Bərdə rayon prokurorluğunda CM-nin 120.1 maddəsi ilə cinayət işi açılıb.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə