Sabirabadda 11 maşından oğurluq edən şəxs saxlanılıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Sabirabad şəhəri Heydər Əliyev prospektində bina 2-də yaşayan Məmmədov Etbar Qasım oğlu polis şöbəsinə ərizə ilə müraciət edərək naməlum şəxsin ona məxsusu maşından 60 manat pul və bir eynəyin oğurlandığını bildirib.
Aparılmış əməliyyat istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, rayon ərazisində müxtəlif vaxtlarda avtomaşınlara qənim kəsilən şəxs Sabirabad şəhər sakini Hüseynov Əli Mikayıl oğludur. Saxlanılan Əli Mikayıl oğlu Hüseynov oğurluq etməsinin səbəbini pula ehtiyacının olması ilə izah edib .
Faktla bağlı cinayət işi açılıb araşdırmalar aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB