Bakının Xətai rayonundakı hündür mərtəbəli binada yanğın baş verib. Hadisə nəticəsində binanın şaxtasında elektrik kabelləri, 6 ədəd elektrik sayğacı və ümumi sahəsi 173 kvadratmetr olan dörd otaqlı mənzilin mətbəxindəki əşyalar yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər digər mənzilləri və elektrik avadanlığını mühafizə edib, alovun daha geniş əraziyə yayılmasının qarşısını alıblar.
Yanğın zamanı binanın yuxarı mərtəbələrindən on nəfər sakin, o cümlədən bir azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən təxliyə olunub.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB