Yanğın hadisələrinin qarşısı vaxtında alınıb. Bu barədə SİA xəbər verir.
Məlumatda deyili ki, Salyan rayonu, Pıratman kəndində (rayon mərkəzindən 23 kmaralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7.5 ton ot bağlamasının 3 tonu yanıb.
Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.
Yanğın saat 17:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bununla yanaşı, Zaqatala rayonu, Muxax kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus "Kamaz" markalı yük avtomobilinin qoşqusuna yığılmış 15 ton ot bağlamasından 12 tonu yanıb.
Ot bağlamasının qalan hissəsi və avtomobil qoşqusu ilə birlikdə yanğından mühafizə olunub.
Yanğın saat 17:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Eyni zamanda, İsmayıllı rayonu, Kürdmaşı kəndində vətəndaşa məxsus ümumi sahəsi 10 ha olan biçilməmiş taxıl sahəsinin 500 kv.m sahəsi yanmışdır. Taxıl sahəsinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 18:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB