Respublikanın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir ağır cinayətin qısa müddət ərzində açılması təmin edilib. DİN-dən SİA-ya verilən məlumata görə, iyunun 5-də saat 19.00 radələrində paytaxtın Azərbaycan prospektindəki 23 saylı binanın 21-ci mənzilində "Göyçay Kərpicsan" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru, Türkiyə Respublikasının vətəndaşı Mehmet Alimin üzərində zorakılıq əlamətləri olan meyidi aşkar olunub.
Dərhal prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Keçirilmiş təxirəsalınmaz tədbirlərlə qətlin Bakı şəhər sakini Rasim Məmmədov tərəfindən törədildiyi müəyyən edilib və o, tutularaq istintaqa cəlb olunub.
İlkin istintaqla müəyyən edilib ki, Rasim Məmmədov Mehmet Alimi şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı onun ofisində bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.
Qeyd edək ki, hazırda iş üzrə istintaq davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB