Yanğın hadisələrinin qarşısı vaxtında alınıb. Bu barədə SİA xəbər verib.
Məlumatda deyilir ki, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan üçotaqlı evin dam örtüyü 30 kv.m sahədə və 2 otağın yanar konstruksiyaları 22 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bununla yanaşı, Kürdəmir rayonu, Ərşəli kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan tövlənin dam örtüyü 55 kv.m sahədə, damına yığılmış 2 ton ot bağlaması və tövlənin yaxınlığına yığılmış 10 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 18:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Eyni zamanda, Hacıqabul rayonu, Meyniman kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ərazidə 1 ha biçilməmiş arpa sahəsi və 3 ha qamış sahəsi yanıb. Yaxınlıqdakı digər sahələr yanğından mühafizə olunub. Yanğın saat 20:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB