Bakı-Qazax marşrutu ilə hərəkət edən sərnişin qatarında partlayıcı maddə tapılıb. SİA-nın xəbərinə görə, naməlum şəxs tərəfindən qatarda partlayıcı maddə olması ilə bağlı məlumat verilib. FHN-ə verilən məlumat əsasında qatar Keşlə stansiyasında dayandırılıb.
Qeyd edək ki, qatarlara baxış zamanı 10-cu vaqonda partlayıcı maddə tapılıb. Qatar heyətdən ayrılıb və sərnişinlər digər vaqonlarda yola salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB