Yanğın hadisələrinin qarşısı vaxtında alınıb. Bu barədə SİA xəbər verib.
Məlumatda deyilir ki, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin dam örtüyünün yanar konstruksiyaları 6 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 18:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bununla yanaşı, İmişli rayonu, Qaravəlili kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.
Yanğın saat 19:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Eyni zamanda, İmişli rayonu, Xəlfəli kəndində (rayon mərkəzindən 30 km aralı) 30 ha quru otlaq sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.
Yanğın saat 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB