Yanğınların genişlənməsinin qarşısı alınıb

Yanğınların genişlənməsinin qarşısı alınıb

Yanğın hadisələrinin qarşısı vaxtında alınıb. Bu SİA Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verib.

Məlumatda deyilir ki, Goranboy şəhərində vətəndaşa məxsus ümumi sahəsi 162 kv.m olan birmərtəbəli kürsülü 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 56 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bununla yanaşı, Ağcabədi rayonu, Hacıbədəlli kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 24 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 15:09-da yanğınsöndürənlər tərəfindən söndürülü.

Eyni zamanda, Kürdəmir rayonu, Xırdapay kəndində (rayon mərkəzindən 8 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 3 ha kol-kos sahəsi yanıb.

Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Yanğın saat 16:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə