Xaçmazda "MERCEDES" yanıb, sürücü vəfat edib. Bu barədə SİA Fövqladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər yayıb.
Məlumatda deyilir ki, Xaçmaz rayonu, Ləcət kəndində vətəndaş tərəfindən idarə olunan "MERCEDES" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılaraq yanğınla nəticələnən yol-qəza hadisəsi törədib.
Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb.
Avtomobilin sürücüsü 1990-cı il təv. Hüseynov Camal Səhram oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Yanğın saat 17:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB