Bakı-Qazax yolunda dəhşətli qəza baş verib. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 53-cü kilometrliyində BMW markalı minik avtomobili ilə Kamaz markalı yük avtomobili toqquşub. SİA-nın FHN-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə BMW markalı nəqliyyat vasitəsi ağır deformasiyaya uğramış və avtomobildə olan sərnişin Nəzirov Elçin Novruzağa oğlu hadisə zamanı həlak olub.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə həlak olmuş şəxsin meyitini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 03:39-da başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB