Yanğın hadisələrinin qarşısı vaxtında alınıb

Yanğın hadisələrinin qarşısı vaxtında alınıb

Yanğın hadisələrinin qarşısı vaxtında alınıb. Bu barədə SİA xəbər verib.

Məlumatda deyilir ki, Cəlilabad şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrikinin yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bununla yanaşı, Sumqayıt şəhərində, vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin oturacaqları və salon hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan üçotaqlı mənzilin mətbəxində 1 ədəd soyuducu və 1,5 kv.m sahədə ev əşyaları yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 21:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə