Masallı rayonunda yanğın hadisəsi baş verib

Masallı rayonunda yanğın hadisəsi baş verib

Yangın hadisəsi Masallı rayonunun Təzəkənd kəndində baş verib. SIA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə yerinə iki yanğınsöndürən maşını cəlb olunub.

Yanğının qarşısı qısa zamanda alınaraq yaxınlıqda olan yaşayış evinə keçməsinə imkan verilməyib. Lakin buna baxmayaraq ümumi sahəsi 120 kvadrat metr olan mal tövləsinin 80 kvadtratı və tövlədə olan 480 ədəd ot bağlaması yanaraq yararsız vəziyyətə düşüb.

İlkin versiya olaraq yanğının qısa qapanma nəticəsində baş verdiyi ehtimal olunur. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə