İnsanlar azğınlaşır

Xaçmaz rayonunda dəhşətli qətl hadisəsi baş verib. Hadisə rayonun Köhnə Xaçmaz kəndində qeydə alınıb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, 39 yaşlı Eynulla Musayev 38 yaşlı həyat yoldaşı Şərqiyyə Musayevaya çox saylı bıçaq zərbələri vurmaqla onu qətlə yetirib. Hirsi soyumayan ər, sonda arvadının başını kəsib.

Mərhumun qardaşı Elşən Əmirov deyib ki, Eynulla Musayev spirtli içki və narkotik maddələrin aludəçisidir. Dəfələrlə ər-arvad arasında münaqişə baş verib.

Qeyd edək ki, hazırda faktla bağlı Xaçmaz rayon Prokurorluğunda CM-nin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. İlkin versiya olaraq hadisənin ailə münaqişəsi zəminindən baş verdiyi bildirilir.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə