Masallıda yanğın baş verib

Masallı rayonunda gecə saatlarında yanğın hadisəsi qeydə alınıb. SİA-nın fövqəladə hallar nazirliyinin rəsmisaytına istinadən verdiyi xəbərə görə, rayonun Həsənli kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 168 kv.m olan tövlədə yanğın baş verib. Nəticəsə tövlənin çardağının yanar konstruksiyası 90 kv.m sahədə və çardağına yığılmış 6 ton ot bağlamasının 4 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 00:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə