Dənizkənarı bulvarda bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşib. SİA-nın fövqəladə hallar nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı bulvarın ərazisində, 1993-cü il təvəllüdlü bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaş Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 04:37-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB