Mahaçqalada partlayış: 1 ölü, 8 yaralı

Mahaçqalada partlayış: 1 ölü, 8 yaralı

Mahaçqalada Daxili İşlər Nazirliyinin inzibati binasının qarşısında terrorçu-intiharçının özünü partlatması nəticəsində bir nəfər ölüb, 8 nəfər xəsarət alıb. SİA-nın məlumatına görə, bu barədə Dağıstan DİN-in nümayəndəsi RİA Novosti-yə bildirib.

İlkin araşdırmalara görə, DİN-in binası qarşısında baş vermiş hadisə nəticəsində terrorçu həlak olub. Bir polis əməkdaşı xəstəxanaya aparılarkən yolda ölüb, 8 nəfər (ikisi qadın), o cümlədən iki polis işçisi yaralanıb.

İlkin məlumata görə, partlayışı qadın törədib.

Bütün xəbərlər Facebook səhifəmizdə