Yanğın hadisələrinin qarşısı vaxtında alınıb

Yanğın hadisələrinin qarşısı vaxtında alınıb

Yanğın hadisələrinin qarşısı vaxtında alınıb. SİA-nın məlumatına görə, Bakı şəhəri, Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 6 ədəd elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 23:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bununla yanaşı, Zərdab rayonu, Gəndəbil kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus həyətyanı sahəsinə yığılmış 8 ton ot tayasının 6 tonu yanıb. Ot tayasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə