Hamilə qadın intihar edib

Sabunçu rayonunda gənc qız intihar edib. SİA-nın məlumatına görə, hadisə Ramana qəsəbəsi Südçülük təsərrüfatı, "Yeni tikili" yaşayış massivində qeydə alınıb. Həmin ünvanda yaşayan 23 yaşılı Murtuzayeva Əminə Tahir qızı qonşunun həyətində, peyk antenasının dirəyindən özünü asaraq intihar edib.

Qeyd edək ki, Sabunçu rayon polisi A.Murtuzayevanın 7 aylıq hamilə olduğunu bildirib. Mərhumun özünə qəsd etməsinin səbəbləri isə hələlik məlum deyil. Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaq gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə