Köməksiz vəziyyətdə qalmış azyaşlı xilas edilib. SİA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bir nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindəki mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını açaraq daxil olublar. Keçirilən əməliyyat nəticəsində mənzildə nəzarətsiz qalmış azyaşlıı aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 22:32-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB