Yanğın hadisələrinin qarşısı vaxtında alınıb

Yanğın hadisələrinin qarşısı vaxtında alınıb

Yanğın hadisələrinin qarşısı vaxtında alınıb. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Məlumatda deyilir ki, Göyçay rayonu Ləkçılpaq kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 194 kv.m olan birmərtəbəli 4 otaqlı kürsülü evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 16:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin, Sumqayıt şəhərində Şırkətə məxsus vətəndaş tərəfindən idarə olunan "Supermaz" markalı yük avtomobilinin kabina hissəsi yanıb.

Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bununla yanaşı, Bakı şəhəri, Nəsimi rayonunda hər mərtəbəsi 6000 kv.m olan 5 mərtəbəli "Azərbaycan Respublikası Dövlət Dəmir Yol" ASC-nin yarımzirzəmisində sahəsi 15 kv.m olan otağın içərisinə yığılmış istifadəyə yararsız rabitə avadanlıqları yanıb.

Yanğın zamanı binanın yuxarı mərtəbələrindən 15 nəfər işçi yanğınsöndürənlər tərəfindən xilas edilib. Bina yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Bütün xəbərlər Facebook səhifəmizdə