Qəza 4 nəfərin həyatına son qoydu FOTO

Qəza 4 nəfərin həyatına son qoydu FOTO

Şəmkir -Gədəbəy yolunda ağır yol qəzası baş verib. SİA-nın bölgə müxbirinin məlumatına görə hadisə Yasamal aşırımının Çənlibel kəndində qeydə alınıb. Qəza nəticəsində "VAZ 21 011" markalı Arzu Musayevin idarə etdiyi avtomobil qarşı tərəfdən gələn "VAZ 21074" markalı Elçin Quliyevin idarə etdiyi maşınla toqquşub. Nəticədə Gülnarə Hüseynova, Xaliq Mehdiyev, Rasim Ələsgərov və Tofiq Əliyev hadisə yerindəcə dünyasını dəyişiblər. Hər iki avtomobildə olan digər 4 sərnişin isə dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qeyd edək ki, faktla bağlı hüquq mühafizə orqanı əməkdaşları tərəfindən araşdırmalar aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə