Xaçmazda ev yanıb

Xaçmaz şəhərində vətəndaşa məxsus ev yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya daxil olan məlumata görə, ümumi sahəsi 35 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə