Bərdədə dəhşətli cinayət hadisəsi baş verib. Rayonun Kətəlparaq kəndində baş verən hadisədə ata qızını baltalayıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, rayon sakini 58 yaşlı Seyfəddin Qarayev 25 yaşlı qızı Sima İsmayılovanı baltalayaraq qətlə yetirib. Qızının başından bir neçə balta zərbəsi endirən ata, hadisədən sonra özü polisə gedərək könüllü təslim olub.
Məlumat üçün bildirək ki, hadisəyə səbəb ailə münaqişəsi olub. Ata qızı ilə mübahisə etdikdən sonra bıçaq və balta ilə başından və bədəninin müxtəlif yerlərindən çoxsaylı zərbələr endirib.
Qeyd edək ki, hadisə yerinə rayon Prokurorluğunun və Polis Şöbəsinin əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB