Bakı-Quba-Rusiya Dövlət Sərhədi avtomobil magistralının 142-ci km-də qəza baş verib. SİA-nın Şimal bürosunun xəbərinə görə, Qubadan Bakı istiqamətində hərəkət edən, içərisi çınqılla dolu yük maşını, qarşı tərəfdən gələn iki yük avtomobili ilə toqquşaraq aşıb. Qəza zamanı xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb. İlkin məlumata görə, qəza, hadisə yerində olan avtomobillərin hərəkət manevrini düzgün yerinə yetirməməsi səbəbindən baş verib.
Qeyd edək ki, hadisə ilə əlaqədar Bakı-Quba-Rusiya Dövlət Sərhədi magistralında avtomobillərin hərəkəti məhdudlaşıb. Qəzaya uğrayan avtomobillər tez bir zamanda hərəkət zolağından kənarlaşdırılıb. Qəzanın səbəbləri araşdırılır.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB