El adəti 1 nəfərin həyatına son qoydu. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün Hacıqabul rayonu ərazisində Hacıqabul-Muğan avtomobil yolunun 3-ci km-də Hacıqabul sakini, 1976-cı il təvəllüdlü sürücü Həsənov Zaur Əlimərdan oğlu idarə etdiyi VAZ 21015 markalı 24 BE 414 nömrəli avtomobillə öz yolunda hərəkət edən zaman qəbirstanlıq tərəfdən qəflətən yoluna çıxan 1971-ci il təvəllüdlü Məmmədov Niftalı Şəmsəddin oğlunun idarə etdiyi motosıkılla toqquşub. Nəticədə motosıkılı idarə edən sürücü ağır xəsarət alaraq Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Sürücünün həyat yoldaşı Həsənova Ülkər hadisə yerindəcə dünyasını dəyişib.
Məlumat üçün bildiririk ki, Hacıqabul sakinləri ta qədimdən hər il may ayının 2-ci həftəsinin cümə axşamı günü el qəbirstanlığına gedərək yaxınlarının məzarlarını ziyarət edirlər. Həmin gün maqistral avtomobil yolunda tıxac yaranır. Əhali axın-axın qəbristanlığa üz tutur. Qanlı hadisənin səbəbkarlarıda el adətini yerinə yetirib geri qayıdarkən qəzaya uğrayıblar.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB