Dəhşətli qəza 4 can aldı

Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Çarxı kəndi ərazisindən keçən hissəsində dəhşətli yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Şimal bürosunun xəbərinə görə, "VAZ" markalı minik avtomobili ilə "QAZEL" markalı yük avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər ağır yaralanıb. Qəza nəticəsində "VAZ"ın sürücüsü, 30 yaşlı Natiq Vahidov və sərnişinləri 48 yaşlı Quba şəhər sakinləri Hikmət Vahabov, 22 yaşlı Qismət Vahabov, hələlik şəxsiyyəti tam müəyyənləşməyən Xəzər adlı şəxs hadisə yerində dünyasını dəyişib. "QAZEL"də olan şəxslər 20 yaşlı Müseyib Əhmədli və 27 yaşlı Amid Abbasov ağır xəsarətlər alaraq Xaçmaz MRX-nın travmatologiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir. Meyitləri əzilən avtomobildən çıxarmaq mümkün olmadığından, hadisə yerinə FHN-in xilasedici qrupu cəlb olunub.

Qeyd edə ki, faktla bağlı araşdırma aparılır.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə