Quba rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun I Nügədi kəndində qeydə alınıb. SİA-nın Şimal bürosundan verilən məlumata görə, döş qəfəsi nahiyəsindən bir bıçaq xəsarəti alan 39 yaşlı kənd sakini Ağaməmmədov Məzahir Ramiz oğlu ağır vəziyyətdə Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat olunan xəstə reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanın növbətçi həkimi Nurəddin Abdulrzayev xəstəyə lazımi tibbi yardım göstərildiyini bildirib. Hazırda xəstənin vəziyyəti ağır olaraq qalır.
Quba rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə ilə bağlı hələlik saxlanılan yoxdur. Bununla belə faktla bağlı araşdırma aparılır.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB