Gəncə şəhərində dələduzluqla məşğul olan şəhər sakini həbs olunub. SİA-nın bölgə müxbirinin Gəncə şəhər Baş Polis İdarəsinə istinadən verdiyi məlumata əsasən, 1971-ci il təvəllüdlü Firəngiz Rüsətova saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, aprel ayının 9-dan axtarışda olan qadına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsi ilə cinayət işi açılıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB