Banqladeşin paytaxtı Dakka şəhərində 18 gün əvvəl çökən 8 mərtəbəli binada ölənlərin sayının 115-ə çatdığı bildirilir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hərbçilər axtarış-xilasetmə işləri zamanı 77 nəfərin cəsədini tapıblar.
Məlumat üçün bildirək ki, xilasetmə işləri ötən gün, yəni faciədən 17 gün sonra uçqunun altından 19 yaşlı Reşmi Bequm adında qadının sağ-salamat çıxarıldıqdan sonra xeyli fəallaşıb. Ölənlərin sayında qəfil artım bununla izah olunur.
Qeyd edək ki, hadisənin baş verdiyi binada 4 tikiş fabriki, çoxlu sayda mağaza və bank şöbələri fəaliyyət göstərib. Binanın çökməsinə təhlükəsizlik normalarına zidd quraşdırılmış 4 güclü generatorun səbəb olduğu güman edilir. Belə ki, binada işıqlar söndükdən sonra həm generatorların, həm də tikiş maşınlarının eyni anda işə düşməsi güclü silkələnməyə səbəb olub və bina çöküb. Uçqunların altından 2,4 mindən çox adam xilas edilib. Faciə ilə bağlı binanın sahibi də daxil olmaqla 9 nəfər həbs olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB