Qeyrətin qeyrətsiz cinayəti DƏHŞƏT

Qeyrətin qeyrətsiz cinayəti DƏHŞƏT

Kürdəmir rayonunda qətl hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə ötən gecə Kürdəmirdə qeydə alınıb. Şəhər sakini, 1982-ci il təvəllüdlü Süleymanov Qeyrət Həsrət oğlu qeyri-rəsmi nikahda yaşadığı Mahmudova Ruhiyyə Aydın qızının azyaşlı övladını - 2010-cu il təvəllüdlü Mahmudova Mələk Ceyhun qızını döyərək öldürüb.

Əvvəllər həbsdə olmuş Qeyrət Süleymanov tutularaq istintaqa təhvil verilib. O, dindirilmə zamanı bildirib ki, qətli törətməkdə səbəb, qeyri-rəsmi yaşadığı qadından qisas almaq olub. Belə ki, Ruhiyyə Mahmudova, Qeyrət Süleymanovun onu, döydüyü barədə polisə şikayət ərizəsilə müraciət etməsi olub.

Qeyd edək ki, faktla bağlı Kürdəmir rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə